Narkotik satan qardaşlar tutuldu 

12:52 24.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlillabadda narkotik vasitə satan qardaşlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş Ü.Cavadovun ətrafında Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun qardaşı Elxanın şəhər ərazisindəki evində gizlətdiyi 1 kiloqram 537 qramdan artıq heroin, 15 qrama yaxın tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.